Продается 2-комн. новостройка 83 м²
Xəzri Residence-də dəniz mənzərəli mənzil satışa təqdim olunur! Xəzri Residence yaşayış kompleksində yerləşən mənzil eyvanından açılan gözəl dəniz mənzərəsi ilə seçilir. Mənzil 12 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 83 kv.m olan mənzil qanuni 2 otaqdan ibarətdir. Təmirsiz vəziyyətdədir və yeni sahibinin zövqünə uyğun təmir olunaraq istəyə uyğun dizayn edilə bilər. Kompleksdə sakinlərin rahatlığı və təhlükəsizliyi üçün bütün şərait yaradılıb. Binada 2 ədəd aktiv və işlək lift, böyüklər və uşaqlar üçün hovuzlar, uşaqlar üçün əyləncə zonası, yeraltı və yerüstü parkinq mövcuddur. Ərazi 7/24 mühafizə olunur və kənar şəxslərin kompleksə girişi qadağandır. Dəniz mənzərəsi, müasir yaşayış şəraiti və zövqünüzə uyğun təmir imkanı axtarırsınızsa, bu mənzil sizin üçün ideal seçim ola bilər.